Niasinamid — orqanizmin ehtiyac duyduğu, lakin özünün istehsal etmədiyi B3 vitamininin bir formasıdır. Dəri baryerini bərpa edir, iltihabı azaldır və ümumi dəri tonunu və teksturasını yaxşılaşdırır.
Niasinamid sadəcə dəbdə olan tərkib deyil, həm də effektiv təsir göstərən tərkibdir. Sızanaq, solğunluq və ya yaşlanma əlamətləri ilə mübarizə aparırsınızsa, niasinamid gündəlik rutininizdə sizin üçün olmazsa olmazdır.
Niasinamid niyə bu qədər populyardır?
Çünki o, bir çox dəri probleminin həllində istifadə edilir.
Gəlin Niasinamidin dəri üçün faydalarına nəzər salaq:
✅ Dəri tonunu bərabərləşdirərək tünd ləkələri azaldır
✅ Məsamələrin sıxlaşdırır
✅ Sızanaq və iltihabı sakitləşdirir
✅ Dəri baryerini gücləndirərək nəmi qoruyur
✅ Hətta həssas və rozaseyaya meylli dəridə belə qızartını azaldır
✅ Kollagen istehsalını artıraraq dərinin elastikliyini yaxşılaşdırır
✅ Yağlılığı tənzimləyərək yağlı parlaqlığın qarşısını alır
Necə təsir göstərir?
- Niasinamid hüceyrə səviyyəsində dərinin teksturasını, nəmliliyini və dayanıqlığını yaxşılaşdırır
- Melanin ötürülməsini məhdudlaşdıraraq dərini parladır
- Təbii dəri baryerini gücləndirərək nəmləndirir
- Ekzema və sızanaq kimi problemlərin qarşısını alır
- Antioksidant xüsusiyyətləri sayəsində ətraf mühit və günəş zədələrindən qoruyur
Serumlar, kremlər, toniklər və maskalar daxil olmaqla müxtəlif dəriyə qulluq vasitələrinin tərkibində Niasinamidə rast gəlmək olar.
Necə istifadə olunmalıdır?
Doğru zamanlama və konsentrasiya vacibdir. Effektiv istifadə üçün:
Təmizləmə və tonikdən sonra tətbiq edin. 5% konsentrasiyalı serumdan istifadə edin, ardınca nəmləndirici çəkin. Gündüz isə mütləq Günəşdən qoruyucu SPF kremi ilə tamamlayın.
Həssas dəriniz varsa, həftədə 2–3 dəfə ilə başlayın və zamanla gündəlik istifadəyə keçin.
Əlavə tövsiyə:
Niasinamid hialuron turşusu, retinol və C vitamini kimi digər aktivlərlə yaxşı uyğunlaşdığı üçün, onu mövcud dəriyə qulluq rutininizə asanlıqla daxil edə bilərsiniz.
Əks təsirləri varmı?
Əksər insanlar üçün niasinamid təhlükəsiz tərkibdir. Lakin bəzi hallarda aşağıdakı yüngül əks təsirlər müşahidə oluna bilər:
- 5%-dən yüksək konsentrasiyalarda və ya digər aktivlərlə birlikdə istifadə zamanı qızartı, qaşınma və yanma hissi
⚠️ Nadir hallarda ilkin təmizlənmə (purging) səbəbindən sızanaqlar
⚠️ Daxilə qəbul edilən niasinlə yanaşı ola biləcək qızarma, lakin bu topikal istifadəyə aid deyil
Əgər dəri reaksiya verərsə, istifadəni azaldın və ya daha aşağı konsentrasiyaya keçin.
Kimlər istifadə edə bilər?
Niasinamid aşağıdakı dəri tipləri üçün uyğundur:
- Yağlı və sızanağa meylli dəri
- Quru və susuz dəri
- Bərabər olmayan dəri tonu
- Yaşlanma əlamətləri
- Həssas və rozaseyaya meylli dəri
Nəticə
Niasinamid dərinin parlaqlığını, teksturasını və möhkəmliyini artırır. Əlçatan, münasib qiymətli və istifadəsi asandır. Zərif, təsirli və geniş uyğunluğa malik olduğu üçün həm yeni başlayanlar, həm də təcrübəli istifadəçilər üçün ideal seçimdir. Hər yaş və dəri rəngi üçün münasibdir.
Siz hələ də günlük dəriyə baxım rutininizdə Niasinamiddən istifadə etmirsinizsə, bizim Niasinamid tərkibli serum, nəmləndirici və ya toniklərimizin istifadəyə başlaya bilərsiniz. Daha effektiv nəticə əldə etmək üçün müntəzəm istifadə məsləhət görülür.