1. Sifariş
- 1.1. Veb-saytda satışa təqdim olunan məhsullar yalnız şəxsi istifadəniz üçündür. RD Cosmetics-dan alınmış məhsulların satışı və ya pərakəndə satışı qadağandır.
- 1.2. Sifariş verərkən istifadəçi saytın və məhsulların təsvirində göstərilən bütün şərtlərlə tanış olmağı öhdəsinə götürür.
- 1.3. İstifadəçi RD Cosmetics-in göndərə biləcəyi e-poçt / push bildirişlərini qəbul etməyə razıdır.
- 1.4. Dəriyə qulluq məhsulları üzrə sifariş rəsmiləşdirildikdən sonra sifarişin ləğvi və ya dəyişdirilməsi mümkün deyil.
- 1.5. Anbarda məhsul olmadığı halda sifariş ləğv oluna bilər və bu, RD Cosmetics üçün məsuliyyət yaratmır.
- 1.6. Məhsul təmin edilə bilmədikdə, sifarişin müvafiq hissəsi və ya tamamı ləğv edilə bilər.
- 1.7. İstifadəçi xidmət keyfiyyətini qiymətləndirmək məqsədilə zənglərə etiraz etmir.
- 1.8. Təkrar ləğvlər və şərtlərin pozulması halında istifadəçinin sifariş imkanı məhdudlaşdırıla bilər.
- 1.9. İstifadəçi sifariş verərkən düzgün və etibarlı məlumat təqdim etməlidir. Əks halda sifariş ləğv edilə bilər.
- 1.10. Məhsulların mövcudluğu sifariş zamanı texniki səbəblərdən dəyişə bilər.
- 1.11. Sifarişin qeydə alınması və ödəniş müqavilənin bağlanması deməkdir.
- 1.12. İstifadəçi sifariş üçün tələb olunan bütün məlumatları (ünvan, əlaqə, ödəniş və s.) təqdim etməlidir.
2. Ödəniş
- 2.1. Sayt vasitəsilə alış yalnız qanunla səlahiyyətli şəxslər tərəfindən edilə bilər.
- 2.2. Şəxsi və ödəniş məlumatlarınızı tam və düzgün təqdim etməlisiniz.
- 2.3. Ödəniş zamanı kart məlumatları yoxlanılır və üçüncü tərəflərlə paylaşılır. Lazım olduqda bu məlumatlar hüquq-mühafizə orqanlarına verilə bilər.
- 2.4. Ödəniş yalnız bank kartı ilə və tam məbləğdə edilir. BirKart ilə 2, 3 və 6 ay taksit imkanı mövcuddur.
3. Çatdırılma
- 3.1. Çatdırılma yalnız Azərbaycan Respublikası daxilində həyata keçirilir.
- 3.2. Ünvan və əlaqə məlumatlarınızı tam və düzgün təqdim etməlisiniz.
- 3.3. RD Cosmetics çatdırılmanı üçüncü tərəfə həvalə edə bilər.
- 3.4. Çatdırılma zamanı məhsulu yoxlamalı və təsdiqləyən sənədi imzalamalısınız.
Qeyd: Aşağıdakı məhsullar geri qaytarılmır və ya dəyişdirilmir (AR qanunvericiliyi, 24 may 1998, 114 nömrəli qərar):
- Qızıl və qızıl məmulatları
- Qiymətli və yarımqiymətli daşlar
- Parfümer-kosmetika məhsulları
- Alt paltarları, çimərlik geyimləri
- Şəxsi gigiyena əşyaları
- İstehsal qüsurları olmayan tekstil və plastik məmulatlar
- Mağazadan çıxarılmış ərzaq məhsulları
4. Çatdırılma saatları
Çatdırılma həftə içi 11:00 - 19:00, həftə sonları isə 11:00 - 18:00 arasında aparılır. Razılaşdırılmış vaxtda ünvanda olmaq vacibdir.
5. Çatdırılma ərazisi
Bakı, Bakıətrafı kəndlər və regionlar üzrə poçt məntəqələrinə çatdırılma mövcuddur.
Çatdırılma qaydaları:
- 50 AZN və üzəri sifarişlər üçün çatdırılma pulsuzdur.
- 50 AZN-dən aşağı sifarişlərdə çatdırılma ünvana görə dəyişir.
Ödəniş üsulları:
Ödəniş yalnız sayt üzərindən bank kartı ilə edilir. BirKart ilə 2, 3 və 6 ay taksitlə ödəniş mümkündür.