Cicahyalon™ kompleksi (hialuron turşusu, sentella asiatika törəmələri, yaşıl propolis) — dərini nəmləndirir, qaşınma və qıcıqlanmanı sakitləşdirir, həssaslığı azaldır və qoruyucu baryeri möhkəmləndirir.
Bakuchiol — retinol ilə analoji təsir göstərən bitki mənşəli maddədir, dərinin yenilənməsini stimullaşdırır, onu daha hamar və bərabər edir. Qıcıqlanmaya səbəb olmur.
Kollagen — nəmi saxlamağa kömək edir, teksturanı yaxşılaşdırır, bərpa prosesini aktivləşdirir və qırışlarla mübarizə aparır.
Niasinamid — melaninin buynuz qatına çatdırılmasını ləngidir, bununla da dərinin səthində piqment ləkələrinin yaranmasının qarşısını alır. Piy ifrazını tənzimləyir, yağlı parıltını azaldır və məsamələri sıxlaşdırır.
Hibiskus ekstraktı — dərini zərif şəkildə aşındırır, regenerasiyanı işə salır, antioksidant aktivliyə malikdir və tonu bərabərləşdirir.
Peyğəmbərçiçəyi (vasilyok) ekstraktı — vitaminlər və mikroelementlərlə zəngindir, qıcıqlanma və qızartını sakitləşdirir.