Traneksam turşusu — epidermis hüceyrələrində melanin sintezini ləngidərək piqmentasiyanın yaranmasının qarşısını alır və qıcıqlanma və ya işığa həssaslıq yaratmadan ləkələri aradan qaldırır. Həmçinin kuperoz və rozaseanın profilaktikasında effektivdir.
Qlutation — hüceyrələrdə maddələr mübadiləsini və mikrosirkulyasiyanı sürətləndirir, piqmentasiyanın yaranmasında iştirak edən fermenti parçalayaraq onu ağardır. Güclü antioksidantdır; vaxtından əvvəl qocalmanın əsas səbəbi olan sərbəst radikalların təsirini neytrallaşdırır.
Niasinamid (vitamin B3) — melaninin epidermisə ötürülməsini ləngidir, piqmentasiyanın yaranmasının qarşısını alır, xarici qıcıqlandırıcılara qarşı həssaslığı azaldır, tonu bərabərləşdirir, kollagen və elastin liflərinin istehsalını stimullaşdıraraq dərinin möhkəmliyini (turgorunu) dəstəkləyir.
Pantenol (vitamin B5) — qızartı və qaşınmanı aradan qaldırır, qoruyucu funksiyaları optimallaşdırır, nəmlik itkisini azaldır, zədələnmiş toxumaların bərpasına kömək edir.
Seramidlər — buynuz qatının bütövlüyünü bərpa edir, təbii baryeri möhkəmləndirir, xarici qıcıqlandırıcılara qarşı həssaslığı azaldır, qabıqlanma və quruluğu aradan qaldırır.
Sentella və purslan (portulak) ekstraktları — nəmlik çatışmazlığını aradan qaldırır, hidrolipid təbəqəni bərpa edir və sakitləşdirici təsir göstərir: qıcıqlanmanı, qızartını və qabıqlanmanı yox edir.